
- hekayə(10)
- Esse(0)
- Haqqımda(4)
- Tərcümələr(1)
- Məqalələr(5)
- Portret(0)
- Rus dilində(3)
- Sentyabr 2008 (7)
- May 2008 (2)
- Aprel 2008 (14)
- İÇ DÜNYANIN GƏTİRDİYİ BƏLALAR
- Peyğəmbər
- мораль
- Isgəndərin qanunu
- «DƏRVİŞ» HEKAYƏSİ «BAYKARA» DƏRGİSİNDƏ
- Mövlana Cəlaləddin Rumi və onun «Məsnəvi»si (əvvəli)
- Mövlana Cəlaləddin Rumi və onun «Məsnəvi»si (davamı)
- Mövlana Cəlaləddin Rumi. "Məsnəvi"dən Seçmələr
- Nəriman Əbdülrəhmanlı. Ruhun yaddaşı
- NƏSRİN POETİK AXTARIŞLARI
Ramiz Rövşən haqda xüsusi buraxılışa yazı yazmaq təklifini alanda Çexovun ən sox sevdiyim hekayələrindən olan «Rotşildin skripkası»nı, bilmirəm, neçənci dəfə oxuyurdum. Hekayənin qəhrəmanı tabutqayıran Yakov ömrü boyu əlləşib-vuruşub tabut düzəltməklə, arabir məclislərdə skripka çalmaqla baş girləsə də, evində içməli çaya belə qənaət eləsə də, yenə bu həyatdən nəf götürə bilmir ki, bilmir, hər dəfə gəlir-çıxarını hesablayanda filan qədər ziyana düşdüyünü görüb qəzəblənir. Bu adam hətta qürbətdə ölüb özgə bir ustanın düzəltdiyi tabuta qoyulan ölüləri, skripkasında çalınmamış mahnıları, çayda çoxdan bəri üzməyən gəmiləri, qarmağa düşməyən balıqları, ovlanmayan qazları-ördəkləri də öz ayağına yazıb zərərini oracan böyüdür ki, axırda belə bir məntiqi nəticəyə gəlir: yaşamaq yalnız ziyan, ölməksə mənfəət gətirir, çünki yaşadıqca insanın itirdiklərinin də sayı artır, itkiləri artırsa, deməli, insan bir az da yoxsullaşır, bir az da müflisləşir; əksinə, ölməklə insan, Vahid demiş, bu dərdin çarəsini asan eləyir, itirmək qorxusundan azad olur, çünki ölüm həyata qənaətin zirvəsidi, qənaətsə bolluq deməkdi, sərvət deməkdi, dövlət deməkdi...
Davamı...
Ön söz
“Sufizmin ensiklopediyası”. Bu ikicə söz indi həm də Rumi əsərlərinin uzun illər geniş
təbliğ olunmasının səbəbi kimi səslənir. Kainatın və mikrokainatın - insanın içəri dünyasının neçə-neçə sirlərini misralarının arasına yığan Mövlana Cəlaləddinin fəlsəfi-psixoloji baxımdan olduqca dərin və tutumlu yaradıcılığı bəzən dövrünün bütün fəlsəfi təlimlərindən, hətta bütün dinlərdən yüksək tutulur. Sağlığında Mövlana özü də insanlara baxışında dini, irqi, sinfi ayrı-seçkilik kimi antiəxlaqi, antiinsani meyillərdən həmişə uzaq olub, müsəlmanlardan başqa bütpərəst, yəhudi, xristian sufiləri də öz cəmiyyətinə tərəddüdsüz qəbul edib. Rasional inamdan və Allahı dərkin rasional metodlarından imtina edərək Tanrını tanımağın intuitiv yolunu tutan, öz elmində insanı Əbədi Varlığa calayan hisslərə, dünyanın xeyir başlanğıcından törədiyinə və ədalət üstündə kökləndiyinə inanan, inandıran duyğulara söykənən, “mənimlə Allahın arasında heç kəs durmur” (Bayəzid Bəstami) deyə dövrün bütün təlimlərinin, hətta ismailizm kimi misilsiz fəlsəfi cərəyanın da kürəyini yerə vuran sufizmin ən güclü qollarından biri mövləvilik də, adından göründüyü kimi, Mövlananın adına bağlıdır.
“Məsnəvi”
Deyilənə görə, bir gün Cəlaləddin Rumini kölgə kimi izləyən müridi Hüsaməddin ustadına deyir: “Mövlana, dərsdə və söhbətlərinizdə tələbələrə öyrətdiyiniz həqiqətləri özündə birləşdirən bir kitab, Sənayinin və Əttarın poemalarına bənzər nəsə bir əsər yaza bilməzmisiniz?” Mövlana həmin andaca heybəsindən bir kağız çıxarıb yazdığını Hüsaməddinə oxuyur. Bu, “Məsnəvi”nin başlanğıcı, “Neyin nəğməsi”nin ilk 18 beyti idi. “Məsnəvi” Rumi yaradıcılığının zirvəsi sayılır. Əlbəttə, bu birincilik əsərə bədii
keyfiyyətlərinə görə yox, fəlsəfi-psixoloji tutumuna görə verilir. Tək-tək istisnaları çıxsaq, Mövlana bu əsərdə misranın poetikası üzərində çox da durmur, yəni bunu qarşısına məqsəd qoymur. “Divani-Şəms”dən fərqli olaraq Rumi “Məsnəvi”də rəmzlərə, alleqorik deyim tərzinə ilahi təmasdan yaranan hisslərin - sevgisinin, heyrətinin, kədərinin, qüssəsinin şəklini çəkmək üçün yox, öz ideyalarını, konseptual fikirlərini ifadə eləmək üçün əl atır. “Məsnəvi” sonralar bir neçə əsr şərqin ən böyük şairlərinin, filosoflarının istinadgahı oldu. Böyük sufi şair Əbdürrəhman Cami (1414-1492) bu poemanı “fars dilində Quran” adlandırmışdı (14-225). Məhz bu kitab çox keçmədən “sufizmin ensiklopediyası” adını aldı və sonra bu “titul” Mövlananın özünə şamil edildi. Şərqdə heç bir sufi yazısı “Məsnəvi” qədər yayılıb təbliğ olunmayıb. Əsərin orijinalda 500-dən artıq əlyazması günümüzə qədər qorunub saxlanıb. 25632 beytdən ibarət poema həcminə görə “İliada” və “Odisseya”nın cəminə bərabərdir; “İlahi komediya”dan iki dəfə böyük, “Şahnamə”dən isə iki dəfə kiçikdir.

